25 yaşı tamam olan şəhid Elvin Həsənov anıldı - FOTOLAR

25 yaşı tamam olan şəhid Elvin Həsənov anıldı - FOTOLAR backend

Bu gün Sumqayıtın Şəhidlər xiyabanında uyuyan şəhid Elvin Həsənovun anım tədbiri keçirilib

Qaziler.az bildirir ki, 2014-cü ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olan Elvin Həsənovun xatirəsi yad edilib. Bu gün 25 yaşı tamam olan Elvin Həsənova həsr olunmuş anım tədbirinə Qarabağ Qaziləri İctimai Birliyinin Sumqayıt şəhər filialının, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin rəsmiləri, Sumqayıt Cümə məscidinin nümayəndələri qatılıb, şəhidin məzarı ziyarət olunub. Sumqayıt şəhər 14 saylı məktəbin 5 a sinfinin şagirdləri şəhidin məzarı başında bədii kompazisiya ilə çıxış ediblər.