Aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən xəbərə görə, cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti təşkil edəcək.