Qazaxda qoruyucu hasarların inşasına başlanıldı

Qazaxda qoruyucu hasarların inşasına başlanıldı backend

Qazaxın Məzəm və Quşçuayrım kəndlərində yeni 500 metr uzunluğunda qoruyucu hasarlar inşa olunur.

Axar.az xəbər verir ki, artıq bir necə istiqamətdə hazırlıq işlərinə başlanılıb. Əvvəlcə beton işləri, daha sonra isə hasarın keyfiyyətli olması ücün təməl hissədə cay daşlarından hörgü işləri aparılacaq.

İnsan itkisinin qarşısını almaq məqsədilə son 3 ildə Məzəmdə cox sayda evlərin qarşısında rayon rəhbərliyi tərəfindən 3 metr hündürlüyündə hasarlar tikilib.

Qeyd edək ki, qoruyucu hasarlarla yanaşı rayon İcra Hakimiyyəti tərəfindən Quşçuayrım kəndində düşmənin açdığı atəş nəticəsində evlərinin damları sıradan cıxmış vətəndaşlara dam örtüyü də verilib.
Diaspora