Aprelin 20-də tanınmış jurnalistlər İsgəndər və Lalə Sərdarlıların "Jurnalistikadan incəsənətə" adlı fərdi sərgiləri keçirildi.
"Azərkitab"ın konfrans zalında baş tutan sərgidə çıxış edən İsgəndər Sərdarlı jurnalistikadan bu sahəyə keçməsinin tarixçəsindən danışdı. Uşaqlıqdan yaradıcılığa, rəssamlığa və əl işləri hazırlamağa meylli olduğunu bildirən İ.Sərdarlı 2010-cu ildə səhhəti ilə əlaqədar jurnalistikadan getdikdən sonra ilk əl işlərini hazırladığını bildirdi: "Lalə Sərdarlı mənə bir gün dedi ki, ona hədiyyə etmək üçün sandıqça lazımdır. Bunu özüm düzəltməyə qərar verdim. Daha sonra mücrü, sandıq və digər işlər hazırlamağa başladım. Mənə bu işdə Lalə xanım da dəstək verməyə başladı. Beləliklə, biz bunu yaradıcılığa çevirdik".Törəndə Sərdarlı ailəsinin yaratdığı LATİS brendi altında hazırlanan müxtəlif yaradıcılıq nümunələrini əks edirən videçarx nümayiş olundu.
Tədbirdə çıxış edən şəxslər göz oxşayan əl işləri ilə tanış olarkən onların bir suvenir deyil, məhz yaradıcılıq nümunələri olduğunu bildirdilər.
Həmçinin, bu əl işlərinin müxtəlif aksiyalarda xüsusi stendlə təklif olunmasının vacibliyini bildirdilər.
Musavat.com
_1555828020.jpg)
_1555828020.jpg)
_1555828200.jpg)
_1555828200.jpg)
_1555828260.jpg)
_1555828260.jpg)
_1555828320.jpg)