Prezident qanunu pozan hakimin səlahiyyətlərinə xitam verib

Prezident qanunu pozan hakimin səlahiyyətlərinə xitam verib backend

Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncamda qeyd edilib ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Diaspora