"Bakı Metropoliteni" həkim və tibb bacısı vəzifələrinə işçi axtarır

"Bakı Metropoliteni" həkim və tibb bacısı vəzifələrinə işçi axtarır backend

“Bakı Metropoliteni” QSC Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edir.

ONA-nın metropolitenə istinadən verdiyi məluçata görə, əsas tələblər sırasında ali təhsil (həkim-terapevt), orta-ixtisas təhsili (tibb bacısı), idarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı, azərbaycan dilini mükəmməl bilmə v kompüter bilikləri yer alır.

Həkim və tibb bacısı vəzifəsində çalışacaq işçilər metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərəcəklər, maşinistləri reysqabağı tibbi müayinədən keçirəcəklər.

İddiaçılar “Bakı Metropoliteni”nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Diaspora