Azərbaycan Xalq Hərəkatının bu gün keçirilən toplantısında İdarə Heyətinin üzvü, sabiq müdafiə naziri Rəhim Qazıyev qurumdan istefa vermək istədiyini deyib.
Musavat.com xəbər verir ki, R.Qazıyev yaşı, yorğun olması, eləcə də quruma fayda verə bilmədiyini düşünərək, istefasının müzakirəsiz qəbulunu istəyib. Amma toplantıda müzakirə zamanı İH üzvləri bildiriblər ki, qurumun əsasnaməsinə görə, bunun üçün R.Qazıyevin yazılı olaraq müraciəti şərtdir. Prosedurlar bunu tələb etdiyi üçün R.Qazıyevin istefası bu gün qəbul edilməyib.Rəhim Qazıyev AXH-dən istefa verdi, amma....

