Salyan şəhər şəhid Yavər Qafarov adına 8 saylı tam orta məktəbin "Canavarlar" komandası bu şəhərdə 54 məktəbin şagirdləri arasında keçirilən "Şahin" Hərbi İdman yarışlarında birinci yeri tutub
Salyan şəhər Yavər Qafarov adına 8 saylı tam orta məktəbin hərbi rəhbər Zamiq Əsgərov Qaziler.az-a bildirib ki, "Canavarlar" komandasının "Şahin" Hərbi İdman oyunlarının zona mərhələsinə hazırlığın yoxlanılması üçün Salyan şəhər icra hakimiyyəti başçısı Sevindik Hətəmov komandanın hazırlığı ilə yaxından tanış oldu və hər zaman onların yanında olduğunu bir daha bildirdi. Şəxsi heyətə vətənpərvərlik ruhunda öz tövsiyələrini verdi və növbəti yarışda uğurlar arzuladı.Z.Əsgərovun sözlərinə görə, 9 və ya 11 rayonun nümayəndəsinin iştirakı nəzərdə tutulan zona yarışları aprelin 16-da Cəlilabadda keçiriləcək.
Qeyd edək ki, 15 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Zamiq Əsgərov dəfələrlə döyüş tapşırıqlarında iştirak edib. Döyüşlərin birində 2014-cü ildə bir ayağını itirib. "Canavarlar"ı zona yarışlarına hazırlayan Zamiq Əsgərov bildirir ki, yarışda birinci yerə çıxmalıyıq. "Çünki məktəbimiz şəhid adını daşıyır və belə məktəbin adı həmişə ucalardan gəlməlidir".
Onu da xatırladaq ki, Z.Əsgərov ötən ilin sentyabrından məktəbin hərbi rəhbər kimi işə başlayandan şagirdlər arasında ali hərbi məktəbə daxil olmaq istəyənlərin də sayı artıb. Bu il üçün artıq 14 nəfər sənədlərini hərbi ali məktəbə hazırlayıb. Əvvəllər isə bu rəqəm 1-dən artıq olmayıb.
_1555088640.jpg)
_1555088940.jpg)
_1555088700.jpg)
_1555088700.jpg)
_1555088760.jpg)
_1555088760.jpg)
_1555088760.jpg)
_1555088820.jpg)
_1555088820.jpg)
_1555088880.jpg)
_1555088880.jpg)