Respublika çaylarındakı vəziyyət açıqlanıb

Respublika çaylarındakı vəziyyət açıqlanıb backend

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub: “Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 115 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 42 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub”.

Departamentdən əlavə ediblər ki, fevralın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub: “Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 3, Bankədə 15 sm azalma, Surrada 1, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 330 sm (2014-cü il fevralın 06-da 445 sm), Şirvanda 179 sm (2014-cü il fevralın 06-da 317 sm), Salyanda 163 sm (2014-cü il fevralın 06-da 280 sm), Bankədə 178 sm (2014-cü il fevralın 06-da 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2014-cü il fevralın 06-da 190 sm) təşkil edir”.
Diaspora