Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın 10 milyonuncu sakininin valideynləri ilə görüşüblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.