"Həyatın dadını hiss edirsənmi?" - PRİTÇA

"Həyatın dadını hiss edirsənmi?" - PRİTÇA backend

Ruhu ölmüş insandan uzaq dur. Həyat Fincanının hər qurtumundan, hər tikəsindən, hər nəfəsindən həzz alaraq iç...

Bir gün Müdrik Adam şagirdini meşədə gəzməyə dəvət edir. Yolboyu uzun müddət susurlar, birdən müəllim şagirdindən soruşur:

- Havanın dadını hiss edirsənmi?

Şagird təmiz meşə havasının qoxusunu ciyərlərinə çəkdi, sonra hiss etdiklərini dedi.

- İybilmə qabiliyyətin yaxşı inkişaf edib, - Müdrik adam gülümsədi. - Ancaq mən bu barədə soruşmadım. Havanın dadı haqqında nə deyə bilərsən?

Şagird dilini çıxartdı, sağa-sola döndərdi və heç nə hiss etmədən çaşqın nəzərlərlə müəlliminə baxdı.

Müəllim heç nə demədən bir əli ilə şagirdini özünə sıxdı, digər əli ilə onun burnunu və ağzını elə qapadı ki o, nəfəs ala bilməsin.

Şagird əvvəlcə müqavimət göstərmədi, ancaq bir neçə dəqiqədən sonra xilas olmaq üçün çabaladı - özünümüdafiə instinkti öz işini gördü.

Müəllim onu buraxdı. Şagird bir müddət nəfəs ala bilmədi. Ona elə gəldi ki, hər nəfəsdə Həyatın özünü ciyərlərinə çəkir.

- İndi nə deyirsən, havanın dadı necədi? - Müdrik adam soruşdu.

- Həyatın dadı, - nəfəsini dərən şagird dilləndi.

- Düzdür, - Müdrik adam gülümsədi. - Çalış ki, bu dadı həmişə hiss edəsən. Onda sənin həyatın daha parlaq və zəngin olacaq. Həyatın dadı nə yeyirsənsə, nə içirsənsə və bizi əhatə edən nə varsa ondadı.

Dad hiss etmədiyin yeməyi yemə. Qəlbən ölmüş insandan uzaq olmağa çalış. Həyat Fincanının hər udumdan, hər tikəsindən, hər nəfəsindən zövq alaraq iç.

Qaziler.az





Diaspora