Ağstafa və Goranboyun icra başçıları dəyişib

Ağstafa və Goranboyun icra başçıları dəyişib backend

Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Eyni zamanda Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.


Məhərrəm Böyükağa oğlu Quliyev


Nizaməddin Məhəmməd oğlu Quliyev