“Diqlas” ticarət mərkəzi söküləcək.
"Report"un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, “Diqlas” ticarət mərkəzi söküləcək.
Qeyd edək ki, martın 26-da Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospketində yerləşən “Diqlas” ticarət mərkəzi yanıb.