Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə yeni “Türkiye” imici ilə qatılır
Qaziler.az bildirir ki, aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF) 2019 bu gündən etibarən start götürüb. Sərgidə bu il ancaq Türkiyə stendində "Türkiyə" imici və 2019 Göbeklitepe ili önə çıxarılacaq.Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət müşavirliyindən verilən məlumata görə, Türk stendini ziyarət edənlərə ənənəvi, qədim texnikası ilə bişirilən türk qəhvəsi, türk lokumu, paxlavası, quru meyvələri və özünəməxsus qədim şirniyyatları qonaqlara təqdim ediləcək. Stendə gələn turizm təmsilçiləri üçün bu il özəl görüş otağı da hazırlanıb. Burada müzakirələr aparılacaq və turizm sahəsində görülən işlərdən danışılacaq.
“Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılıb.
Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçinin verdiyi məlumata görə, dünyanın ilk beş böyük turizm ölkəsindən birisi olan Türkiyə bu ildən etibarən “Türkiyə eviniz" (Home Of Turkey) şüarı əvəzinə sadəcə "Türkiyə” loqosu ilə təbliğatını aparacaq. Türk turizminin bu yeni imajını tanıtdıran film də sərgidə böyük ekranda göstəriləcək.
Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları ilə yanaşı, Otellər birliyi, Səyahat Şirkətləri Federasiyası, İzmir Valiliyi kimi qurumlardan ibarət 50-ə qədər təmsilçi ilə qatılacaq.
Bundan başqa, səfirliyin mədəniyyət müşavirliyi səfir Erkan Özoralın iştiraki ilə Azərbaycan və Türkiyə rəsmiləri ilə birgə sərgidə iştirak edən Türk qurumlarıyla Azərbaycanın turizm təşkilat və şirkətləri arasında 5 aprel axşamı işguzar görüşlər keçirməyi planlaşdırıb.
İ.Çiftçinin sözlərinə görə son iki il ərzində Azərbaycandan Türkiyəyə gedən turist sayında 60%-ə qədər artım olub. Ona görə də sərgidə iştirak etmək istəyən 50-dən çox Türkiyə şirkətindən yerin məhdudluğuna görə cəmi 9-u sərgiyə qatıla biləcək. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi builki sərgidə əl işləri, dijital yeniliklər və sənət fəaliyyətləriylə iştirak edəcək. Belə ki, Türkiyənin yaşayan unikal və ənənəvi sənətlərindən olan Tokat əl yazmaları, İznik çini qabları və Ebru sənətinin tanınmış ustaları tərəfindan onun necə hazırlandığı göstəriləcək və sərgidə iştirak edənlər bu sənətlə yaxından tanış olma imkanı qazanacaqlar. Sərgi ziyarətçiləri üçün türk xalq oyunları və rəqsləri nümayiş olunacaq.
Sərgidə ənənəvi türk çini ve İznik çini qablar sənətkarı Sevgi Vardanlı İnal ənənəvi türk motivlerini başta Çini ve seramik qablar olmaqla bəzək əşyaları, aksesuarları, fərqli qədim üsulda hazırlanan daş qaşları nümayiş etdirəcək. Qədim Tokat kəlağayı ustası Yaşemin Ertan Şahin də sərgidə qonaqlara bu sənətin sirlərindən bəhs edəcək. Kəlağayıların üzərində olan qədim əlyazlamar, naxışların isə özünəməxus bir hekayəsi, tarixi var. Qəliblərə qoyularaq hazırlanan naxışlar müasir dövrdə ən çox diqqət çəkən bir mədəniyyət nümunəsidir.
Sərgidə ənənvi türk naxışları sənəti mövzusunda Türkiyədə Bekir Öztop ustadan dərs almış Azerbaycanlı Ebru sənətçisi Sevinç Əliyeva bu sənəti canlı şəkildə qonaqlarla tanış edəcək.
Türk folkloru və qədim Zeybək rəqslərinin müşayiəti altında sərginin qonaqları Türkiyə stendində sərgilənən sənət nümunələri ilə tanış olacaqlar.
Qeyd edək ki, Türkiyə sərgisini ziyarət edənlər arasından püşk atma yolu ilə Türkiyə Hava Yolları tərəfindən üç nəfərə xüsusi səyahət bileti veriləcək.