Aprel şəhidlərin adına hazırlanan markalar onların ailə üzvlərinə təqdim olundu

Aprel şəhidlərin adına hazırlanan markalar onların ailə üzvlərinə təqdim olundu backend

Bakı Konqres Mərkəzində "Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub.

Modern.az xəbər verir ki, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu, hörmət və ehtiramla yad edildiyini vurğulayıblar.

Həmçinin, bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.

Sonra Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan və şəhidlərin ailə üzvlərinin xatirələrinin əks olunduğu videolar nümayiş olunub.

Tədbir tanınmış incəsənət xadimlərinin ifasında "Vətən bizə əmanətdir" bədii kompozisiyası ilə davam etdirilib.

Sonda "Azərmarka" MMC tərəfindən şəhidlərin adına hazırlanan markalar onların ailə üzvlərinə təqdim olunub.
Diaspora