“Şəhidimin hekayəsi” filminin təqdimatı olacaq

“Şəhidimin hekayəsi” filminin təqdimatı olacaq backend

Azərbaycan Respublikasının Gənclər Fondunun (ARGF) maliyyəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən ictimai təşkilatların təşkilati dəstəyi ilə “Şəhidimin hekayəsi” filminin rəsmi treyleri yayımlanıb.

Şıxməmməd Şıxməmmədovun layihə rəhbəri olduğu “Şəhidimin hekayəsi” layihəsi çərçivəsində çəkilən filmin yaxın günlərdə Nizami Kino Mərkəzində təqdimatı keçiriləcək.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihə çərçivəsində gənclər Bakı və Sumqayıt şəhərlərində və şəhərətrafı qəsəbə və kəndlərdə, o cümlədən Ağdam və Cəbrayıl rayonlarında yaşayan şəhid ailələrilə görüşərək onların xatirələrini dinləyib, şəhidlərimizin həyat yollarını əks etdirən film hazırlayıblar. Onlar 20 şəhid ailəsində, eləcə də Ağdam, Horadiz və Cocuq Mərcanlıda çəkilişlər aparıblar.

Layihənin məqsədi qəhrəman şəhidlərimizin müqəddəs həyatlarını əbədiləşdirməkdir.

Filmin rəsmi treylerini https://www.youtube.com/watch?v=ezrDvmnxuFE linkindən izləmək mümkündür.
Diaspora