Sosial müavinətlər və Prezident təqaüdləri 100 faiz artırılır

Sosial müavinətlər və Prezident təqaüdləri 100 faiz artırılır backend

Bu gündən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bu gündən -aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. Eyni zamanda, ayrı-ayrı kateqoriyalar üzrə yeni Prezident təqaüdləri də təsis edilir.