Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb backend

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, bu il aprelin 1-dək fonda 98.386.852,81 AZN, 213.577,88 ABŞ dolları, 16.036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.
Diaspora