Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə anım tədbiri keçiriləcək

Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə anım tədbiri keçiriləcək backend

“Qarabağ Qaziləri” İctimai Birliyi Milli Qəhrəman Mübariz İbrahimov adına Rəsm Qalereyası ilə birgə təşəbbüsə imza atıb.

Məlum olduğu kimi, sözügedən Rəsm Qalereyasında milli qəhrəmanlar, Qarabağ müharibəsi iştirakçılarının – qazi və şəhidlərimizin rəsmləri və büstləri sərgilənir. Elə rəsm əsərləri və büstlər var ki, məhz bu qalereyada hazırlanıb. “Qarabağ Qaziləri” İB-nin mərhum sədri, Baş Qazi Etimad Əsədovun büstünün açılışı və saniyələr içində ərsəyə gələn rəsminin açılışı da bu qalereyada gerçəkləşmişdi. Aldığımız məlumata görə, “Qarabağ Qaziləri” İB-nin Xətai rayon şöbəsi Rəsm Qalereyası ilə birgə şəhid və qazilərimizin, milli qəhrəmanların rəsm əsərlərini və büstləri cəbhə bölgəsinə aparıb. İB-nin Xətai rayon şöbəsinin sədri, Qarabağ qazisi İlham Həsənov “Şərq.az”a bildirdi ki, bu səpkili tədbirlər artıq bir müddətdir ki, təşkil olunur:

Bu tədbirlər Müdafiə Nazirliyinin xətti ilə təşkil olunur. Şəhid və qazilərimizi cəbhə bölgəsində düşmənlə üz-üzə dayanmış əsgərlərimizlə “görüşdürürük”. Hesab edirik ki, belə tədbirlər əsgərlərimizi daha da ruhlandırır. Həmçinin gənclərdə vətənpərvərlik hissinin güclənməsinə xidmət edir. Artıq Ağdamın Quzanlı qəsəbəsindəyik. Burada 2 hərbi hissədə əsgərlərlə görüşümüz oldu. Əsgərlərimizə bayram arzularımızı çatdırdıq. Rəsm əsərlərini nümayiş etdirdik. Sabah Ağdam İdman Olimpiya Kompleksində kinq-boks üzrə beynəlxalq yarış keçiriləcək. Kompleks binasında rəsm əsərləri və qəhrəmanlarımızın büstlərindən ibarət sərginin açılışı olacaq və yarış iştirakçıları xalqımızın qəhrəman oğullarını tanıyacaqlar.

İ.Həsənov aprel ayının 21-də Rəsm Qalereyasında Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə anım tədbiri keçiriləcəyini bildirdi.

Məlahət



Diaspora