“Atam həmişə mənə dəstək olur. Peşəkar aktyor olmaq fikrim var”.
Bu sözləri Axşam.az-a açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli deyib.O, uşaq yaşlarından incəsənətə bağlı olduğunu söyləyib:
“Bağçada da, məktəbdə də aktyorluq və incəsənətlə bağlı dərnəklərdə olmuşam. Bunların dərsini almışam. Uşaqlıqdan aktyorluğa, səhnəyə marağım olub. Eyni zamanda musiqi təhsilim də var. Kinematoqrafiya sahəsində özümü inkişaf etdirmək, böyük ekran işlərində rol almaq istəyirəm”.

Qulubəyli bildirib ki, aktyor olaraq ilk debütünü “Eurovision 2011” qalibimiz Nigar Camalın klipində edib:
“Bundan sonra da təklif gəlsə, maraqlanacam görüm mahnı necədir, müğənni kimdir, ortaya çıxan iş keyfiyyətli olacaqmı? Burada obrazımın nə olması da maraqlıdır. Baxmalıyam ki, orada hansı obrazı canlandıracam. Dünyaca məşhur müğənnilərin də kliplərində rol almaq istəyərdim”.

Murad xeyriyyəçilik işlərindən də danışıb:
“Uşaqlıqdan xeyriyyəçiliklə məşğulam. Həmişə dostlarımızla sosial layihələrdə iştirak etmişik. İstəmişik ki, əlimizdən gəldiyi qədərilə yardıma möhtac insanlara, heyvanlara kömək edək. Bu, bundan sonra da belə davam edəcək”.
_1553794560.jpg)

