“Diqlas”da baş verən yanğınla bağlı dövlət başçısı tapşırıq verdi - DƏYMİŞ ZİYAN ÖDƏNİLƏCƏK

“Diqlas”da baş verən yanğınla bağlı dövlət başçısı tapşırıq verdi - DƏYMİŞ ZİYAN ÖDƏNİLƏCƏK backend

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı dövlət başçısı tapşırıq verib.

Qaziler.az bildirir ki, Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı sahibkarlara dəymiş ziyan ödənəcək. Bununla bağlı prezident İlham Əliyev tapşırıq verib.

Real tv.az bildirir ki, "Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilib. Görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edib.

H. Mövsümov bildirib ki, prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək: "Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək".

Mövsümov əlavə edib ki, zirzəmidəki mallara ziyan dəyməyib.

Diaspora