QAZİLER.AZ saytı xəbər verir ki “Qarabağ qaziləri” ictimai birliyinin ümumi yığıncağı keçirilib.
Ümumi yığıncaqda “Qarabağ qaziləri” ictimai birliyinin idarə heyəti (Asəf Əliyev, Firidun Məmmədov, Bəhruz Camalov, Rey Kərimoğlu, Şamil Əbilov) və nəzarət təftiş komissiyasının üzvləri (Mirsahib Alıyev, Kavı Lələyev, Rafiq Kərimov) seçilib.İştirakçıların yekdil səsverməsi ilə 2-ci qrup Qarabağ qazisi Əliyev Asəf Kərim oğlu “Qarabağ qaziləri” ictimai birliyinin sədri seçilib.
Ümumi yığıncaq adından, bir neçə məsələ ilə bağlı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Yığıncaq iştirakçıları Ehtimad Əsədovu “Qarabağ qaziləri” ictimai birliyinin Fəxri Sədri seçiblər.
Xatırladaq ki, birliyin sədri, Baş qazi Ehtimad Əsədov 2018-ci il oktyabrın 16-da vəfat edib.
QAZİLER.AZ




