Azərbaycana yaz fəsli daxil olub.
“Report” xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 01:58-də qeydə alınıb.Bu zaman gecə ilə gündüz bərabərləşib, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayıb.
Qeyd edək ki, iyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəyə qədəm qoyacaq.