Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun təşəbbüsü ilə xidmətin əməkdaşları, jurnalistlər, QHT rəhbərləri Azərbaycanın şəhər və rayonlarında şəhid ailələrini ziyarət ediblər.
QAZİLER.AZ saytı xəbər verir ki, xidmətin Nəsimi rayon idarəsinin rəisi polkovnik Eldəniz Əliyev, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov, QAZİLER.AZ saytının baş reaktoru Rey Kərimoğlu və xidmətin əməkdaşları rayon ərazisində yaşayan üç şəhid ailəsinə baş çəkiblər. Xidmətin rəisi general-leytenant Arzu Rəhimovun adından Novruz bayramı münasibəti ilə onları təbrik edib, bayram sovqatı veriblər.Ziyarətçilər, eyni zamanda, şəhid ailələrinin problemləri ilə maraqlanıblar.
QAZİLER.AZ
_1552924080.jpg)
_1552924080.jpg)
_1552926600.jpg)

_1552926600.jpg)
_1552926660.jpg)