“Azəriqaz” Bakının bəzi rayonlarında qazın kəsilməsinin səbəbini açıqlayıb

“Azəriqaz” Bakının bəzi rayonlarında qazın kəsilməsinin səbəbini açıqlayıb backend

Paytaxtın bir çox ərazisində qazın verilməsində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Bu barədə “Qafqazinfo”ya məlumatı "Azəriqaz" İB-nin mətbuat katibi İbrahim Kərbalayev verib. O bildirib ki, gecə saat 1 radələrində Qaradağ-Bİgah magistral qaz kəmərində qaz sızması aşkar olunub:

“Qəza səbəbindən Bakının bir çox rayonunda qazın verilməsində fasilə yaranıb. Təmir işləri səhər saat 7 radələrində yekunlaşıb və saat 9-dan etibarən yaranmış məhdudiyyət aradan qaldırılıb”.