Nazirlik könüllülərə heç bir güzəşt etməyəcək

Nazirlik könüllülərə heç bir güzəşt etməyəcək backend

“Avropa Oyunlarında könüllü olan tələbələrə ali təhsil məktəblərində heç bir güzəşt nəzərdə tutulmayıb”.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İnformasiya şöbəsi QHT və KİV-lə iş sektorundan bildiriblər. Nazirlik Oyunların təbliğinə könüllü qoşulan tələbərə təhsil müəsisələrində hər hansı güzəşt edilmə ehtimalının olmadığını diqqətə çatdırıb:

“Avropa Oyunlarının keçirilməsində könüllü qismində iştirak edən tələbələrin imtahan sessiyasının keçirilmə vaxtları ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən təyin olunur. Belə tələbələrə hər hansı güzəştlərin (imtahanlardan azad olunma və s.) olunması nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Avropa Oyunlarında könüllü kimi qeydiyyatdan keçən tələbələrin təhsil aldıqları ali məktəblərdə imtahanlarının başqa vaxta keçirildiyi barədə xəbər yayılıb. Bildirilir ki, bəzi imtahanlar Avropa Oyunları keçirilən ərəfəyə təsadüf etdiyindən tarixi dəyişib və yaxud Oyunların könüllüsü olan tələbələrə imtahana qatıla bilıməyəcəkləri halda belə, güzəşt ediləcəyi xatırladılıb.
Diaspora