Əli İnsanov siyasətlə məşğul olacağını ANONS ETDİ

Əli İnsanov siyasətlə məşğul olacağını ANONS ETDİ backend

Ölkə başçısının əfv sərəncamı ilə 11 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan keçmiş səhiyyə naziri Əli İnsanov medianın bəzi suallarını cavablandırıb.

Modern.az xəbər verir ki, Əli İnsanov Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib:

"Mənim Azərbaycandan heç yerə getmək fikrim yoxdur”.

Əli İnsanov siyasətlə məşğul olacağını istisna etməyib. O, müxalifət qüvvələrinə qoşulacağı barədə deyilənlərə belə münasibət bildirib:

“Mən siyasətdən aralanmamışam. Amma hər şey Allahın əlindədir. Hələ məlum deyil müxalifət mənə qoşulacaq, yoxsa mən müxalifətə”.

Əli İnsanov tezliklə daha geniş mətbuat konfransı keçirəcəyini vəd edib.
Diaspora