İcra başçısı: Ayın sonunda Bayıl yamacından köçürülmə başlayacaq

İcra başçısı: Ayın sonunda Bayıl yamacından köçürülmə başlayacaq backend

Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar evlərindən çıxarılmış sakinlərə mart ayı üçün kirayə haqqı ödənilib.

Bunu REAL-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov deyib. Onun sözlərinə görə, sakinlərin oradan köçürülməsinə qərar verilib və martın sonunadək bu istiqamətdə addımlar atılacaq. Hazırda kompensasiyanın verilməsi məsələsi müzakirə olunur.

Badamdar sürüşmə zonasına gəlincə, Vüqar Zeynalov deyib ki, iyun-iyul aylarında FHN tərəfindən rəyin açıqlanacaq.
Diaspora