Heydər Əsədov 5 rayonun sakinləri ilə görüşmək üçün Gədəbəyə gedəcək.
Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir Heydər Əsədov may ayının 29-da saat 11:00-da Gədəbəy rayonunda Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarının sakinləri ilə görüşəcək.Görüşdə iştirak etmək istəyən vətəndaşlar Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (050-736-07-10) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.