Kəmaləddin Heydərov: “Xruşşovka”ların sökülməsi ilə bağlı araşdırma aparılır (VİDEO)

Kəmaləddin Heydərov: “Xruşşovka”ların sökülməsi ilə bağlı araşdırma aparılır (VİDEO) backend

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov REAL-ın suallarını cavablandırıb. Nazir sürüşmə bölgəsində vəziyyət, “Xruşşovka” tipli binaların söküntüsü planları barədə danışıb.

Kəmaləddin Heydərov deyib ki, Badamdar və Bayıl sürüşmə sahələrində tədqiqat işləri aparılması üçün Yaponiyadan mütəxəssislər dəvət olunub. Bu ərazilərdə tədqiqat üçün quyular qazılır. Nazir qeyd edib ki, bir neçə il öncə Bayıl yamacının bir hissəsi müvəffəqiyyətlə bərpa edilib, hazırda Zığ, Əhmədli, Bayıl sürüşmə sahələrində mütəxəssislər tədqiqat işləri aparır: "Tədqiqatlar bitdikdən sonra həmin ərazilərlə bağlı yekun qərar veriləcək".

Kəmaləddin Heydərov deyib ki, Bakıda, 1-ci mikrorayonda köhnə tikililərin sökülüb yenidən inşa olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı var. Ərazidə tikinti işlərinə başlanılması üçün aidiyyəti şirkətlərlə danışıqlar aparılır.

Diaspora