Qarabağ qaziləri Etimad Əsədovun məzarını ziyarət ediblər - FOTOLAR

Qarabağ qaziləri Etimad Əsədovun məzarını ziyarət ediblər - FOTOLAR backend

Qarabağ qaziləri martın 13-də Etimad Əsədovun məzarını ziyarət ediblər

Qaziler.az bildirir ki, bu gün Qarabağ qaziləri “Qarabağ qaziləri” İctimai Birliyinin mərhum sədri Ehtimad Əsədovun Fatmayi kənd qəbristanlığındakı (kəndin içindəki) məzarını Novruz bayramı ilə əlaqədar olaraq ziyarət ediblər.

Məzarı başına toplaşan döyüş yoldaşları Etimad Əsədovun keçdiyi şərəfli həyat yolundan danışıblar. Mərhumin məzarı başında ruhuna dualar oxunub.

Əsədov Ehtimat Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə, mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.

Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.

Ali təhsilli idi.

Özündən sonra iki övladı qalıb.

Xatırladaq ki, “Qarabağ qaziləri” İctimai Birliyinin mərhum sədri Etimad Əsədov 2018-ci il oktyabr ayının 16-da vəfat edib.

Allah rəhmət eləsin!













Diaspora