Dövrümüzün ağrılı məsələlərindən biri də qadınlara qarşı zorakılıqdır. Beynalxalq mətbuat mərkəzində keçirilən tədbirdə qadınlara qarşı zorakılığın yolları araşdırıldı. Qadın və Uşaqların Promlemlərinin Araşdırılması İB-nin sədri Kəmalə Ağayeva söylədi ki, məişət zorakılığının aradan qaldırılması yollarından biri də gənclərimizin maarifləndirilməsi, erkən nikahların aradan qaldırılmasıdır. Tədbirdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, Ombudsman aparatının nümayəndələri, Birliyin rayon şöbələri, QHT-nın sədirləri iştirak etdilər.
Qeyd edək ki, 1999-cu il 17 dekabr BMT-nin baş assambleyası tərəfindən qadınlara qarşı zorakılığın ləğvi 25 noyabr beynəlxalq gün kimi qeyd olunur. Qadınlara qarşı zorakılığa görə cərimələrdə mövcuddur. Fiziki zorakılıq, iqtisadi zorakılıq, pisxoloji zorakılığa görə cərimələr 300-500 manat məbləğindədir ki, bu da heç nədir. Qadınlara qarşı zorakılıq Azərbaycanda olduğu kimi xarici ölkələrdə də çoxluq təşkil edir. Üç dəqiqədən bir qadın öldürülür.Hər üç qadından biri zorakılığa məruz qalır. Hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşları tərəfindən döyülür. Ailə zorakılığının 95 % qadınlar olur. Hər gün ailə zorakılığının nəticəsində 11 qadın ölür. Ən çox zorakılığ halları baş verən ölkələr ABŞ, Kanada, İsrail, Avstraliya, Cənubi Afrikadır. Bu ölkələrdə qadınların 40-70 % partniorları tərəfindən öldürülür. Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumata əsasən 2011-ci ildə məişət zorakılığı ilə bağlı 2190 cinayət törədilib ki, onlarında 1694 nəfəri qadınlardır. 2010-cu ildə ailə daxili zorakılıq zəmnində 109 nəfər,2011-ci ildə isə 135 nəfər qadın qətlə yetirilib.Bu gün ki, tədbirdə də məişət zorakılğının qurbanlarından çoxluq təşkil edənlərin qadınlar olduğu vurğulandı. Çox təəssüf ki, hələ də valideynlər öz az yaşlı övladlarını özlərindən 2-3 dəfə böyük olan kişilərlə evləndirirlər. Həmin qadınlar isə olmazın əzab-əziyyətini yaşayırlar. Nəticədə ailələr dağılır, ya da ki, insan alverinin qurbanına çevrilirlər. Ən ağrılı məsələlərdən biri də odur ki, məişət zorakılığının qurbanlarına çevrilən qadınlar hüquq mühafizə orqanlarına müraciət edəndə haqlı olduqları halda haqsız duruma düşürlər. Cəmiyyət onları qınayır. Tədbirdə qadınlara qarşı zorakılığın qarşısını almaq üçün birgə mübarizə aparmaq tövsiyyə olundu.
Səriyyə Müslümqızı