Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Göyçayda vətəndaşları qəbul edəcək
Qaziler.az bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov 14 mart 2019-cu il tarixdə saat 11:00-da Göyçay rayonunda Göyçay, Yevlax, Bərdə, Tərtər, Zərdab, Ağdaş və Ucar rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.Qəbula yazılmaq istəyən vətəndaşların 12 mart 2019-cu il il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.