Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi Xocalıya həsr olunan rəsm əsərlərini təqdim edib.
Qaziler.az bildirir ki, rəsmlər Milli Azərbaycan Tarixi Muzeyinin Xocalı soyqrırımına həsr etdiyi “Xocalısız 27 il” adlı tədbiri çərçivəsində sərgilənib.Sərgidə 11 müəllifin 16 rəsm əsəri təqdim olunub. Rəsmlərdə erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara qarşı törətdikləri soyqırımın dəhşətləri əks olunub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr etdirilən, Mərkəzin 50-dən çox istedadlı yetirməsi olan gənclər və əsərləri barədə məlumatların da yer aldığı “Əlillik qüsur deyil” adlı kitab-albomu muzeyə təqdim edilib. Azərbaycan və ingilis dillərində çap olunan nəşrdə boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanlardan, ilk inklüziv teatr olan ƏSA-nın yaradıcı heyətinin uğurlarından da bəhs olunur.