Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
Qarabağ Qaziləri İB-nin sədri Asəf Əliyev Qaziler.az-a bildirib ki, o, bu görüşü yüksək qiymətləndirir."Bizim nümayəndə - Qarabağ Qaziləri İB-nin İdarə Heyətinin üzvü Rey Kərimoğlu görüşdə çıxış edərək əsasən Qarabağ əlillərinin, şəhid ailələrinin üzləşdiyi problemlərdən danışdı. Sonra Qarabağ əlilləri və şəhid ailələrinin problemləri ilə bağlı üç təşkilatın - Qarabağ Qaziləri İctimai Birliyi, Vətən Müharibəsi Əlilləri İctimai Birliyi, Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin birgə müraciətini cənab nazirə çatdırdıq. Ümumilikdə görüşü yüksək dəyərləndirirəm və düşünürəm ki, belə görüşlər davamlı olaraq keçirilməlidir. Çünki bu cür tədbirlərdə əlillərin, şəhid ailələrinin, veteranların üzləşdiyi çətinliklər haqda danışılır və onların həlli yolları müzakirə olunur. Arzu edirəm ki, belə görüşlər mütamadi keçirilsin".