“Kim söyüş söyürsə, həmin söyüşlər, onların özlərinə və ailələrinə aiddir” - Deputat

“Kim söyüş söyürsə, həmin söyüşlər, onların özlərinə və ailələrinə aiddir” - Deputat backend

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səttar Möhbalıyev deyib.

“Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər. Onlar sosial şəbəkələrdə təhqirlər səsləndirirlər, ölkə başıçısından tutmuş bütün məmurları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”.

Modern.az-ın xəbərinə görə, o, bildirib ki, həmin söyüşlər, təhqirlər onların özlərinə və ailələrinə aiddir:

“Ölkə Prezidenti xeyli işlər görüb, hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.
Diaspora