Məşəl İsmayıllıya çatdı

Məşəl İsmayıllıya çatdı backend

Avropa oyunlarının növbəti dayanacağı Qəbələ olacaq İlk Avropa Oyunlarının məşəli İsmayıllı rayonuna çatıb. ANS TV-nin məlumatına görə, ölkəmizi nüfuzlu idman yarışından 17 gün ayırır. Bu tədbir Azərbaycanı bütün dünyaya Avropa ölkəsi, eyni zamanda, dünyəvi dövlət, müsəlman şərqi ilə xristian qərbi arasında körpü kimi tanıdacaq.

İlk Avropa Oyunları, dünyanın Azərbaycanın qədim tarixi, gözəlliyi, musiqisi, incəsənəti, milli mətbəxi, qonaqpərvərliyi ilə tanış olması üçün yaxşı fürsətdir.

Şəkidən sonra İsmayıllı rayonuna gətirilən məşəlin marafonu şəhərin giriş hissəsi olan Nizami küçəsindən start götürüb. Məşəli izləmək üçün böyüklü- kiçikli yüzlərlə rayon sakini küçə və prospektlərə axışıb. İdmançıların müşayiəti ilə məşəl 3 km məsafədə gəzdirilərək Heydər Əliyev Mərkəzinin qarşısındakı mərkəzi meydanda alovlandırılıb.

Məşəlin bu gün növbəti dayanacağı isə Qəbələ rayonu olacaq. Burda möhtəşəm Alov festivalının keçirilməsi nəzərdə tutulub.
Diaspora