Azərbaycanın tanınmış diktoru, xalq artisti, mərhum Rafiq Hüseynovun barelyefinin açılışı olub.
Bu barədə Modern.az-a xalq artistinin həyat yoldaşı Səbinə Hüseynli məlumat verib.Belə ki, Ü.Hacıbəyli küçəsi 37/43-də, yaşadığı evin qarşısında saat 1keçirilən açılışda Rafiq Hüseynovun dostları, həmkarları, onu sevənlər iştirak edib.
Xatırladaq ki, Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışmağa başlayıb.
2017-ci il oktyabrın 26-da 71 yaşında vəfat edib.