28 may – Azərbaycan tarixinin şanlı səhifəsidir

28 may – Azərbaycan tarixinin şanlı səhifəsidir backend

Mayın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə 28 may - Respublika Gününə həsr edilmiş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, assosiasiyanın rəhbəri Sevil Yusifova XX əsrdə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən söhbət açıb. Bildirilib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun tarixi əhəmiyyəti çox böyükdür. 28 may – Azərbaycan tarixinin şanlı səhifəsidir.

Vurğulanıb ki, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin inkişaf strategiyası nəticəsində ölkəmiz dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirib. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edənlər birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyduqlarını, Azərbaycanın bu möhtəşəm tədbirə uğurla ev sahibliyi edəcəyinə əmin olduqlarını bildiriblər.
Diaspora