Eyvaz Hüseynov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Eyvaz Hüseynov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib backend

Prezident İlham Əliyev Eyvaz Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevralın 15-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun 60 yaşı tamam olur.

Qaziler.az saytının kollektivi Eyvaz Hüseynovu 60 illik yubileyi münasibətilə təbrik edir, gələcək ad günlərini Qarabağda keçirməyi arzu edir!
Diaspora