Fevralın 14-də anadan olan şəhid təyyarəçi, baş leytenant Yusif Vəliyevə mahnı həsr olunub
Qaziler.az bildirir ki, "Bir igid var idi" adlı mahnının sözləri şəhidin həyat yoldaşı Arzu Nehrəmliyə, musiqisi hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlıya aiddir. Mahnını Şəmistan Əlizamanlı ifa edir.Şəhid təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyev 1968-ci il fevralın 14-də Nehrəm kəndində doğulub. 1985-ci ildə Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1985-1990-cı illərdə Riqa Ali Hərbi Aviasiya Akademiyasında təhsil alıb. Təhsilini başa vuran Yusif Vətənin dar günündə vətəni Azərbaycana dönərək, doğulduğu Naxçıvan torpağında xidmət etməyə başlayıb.
1992-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət nümunəsi göstərən Vəliyev Yusif Yaqub oğlu 1992-ci ilin mayın 12-də şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidimizin Nehrəm kəndindəki Şəhidlər Xiyabanında büstü ucaldılıb.
Xalqımız hər zaman Yusif kimi oğulları ilə fəxr etmiş və edəcəkdir.
Qaziler.az