Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd edilib backend

Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 7-ci ili tamam olur.

Qaziler.az bildirir ki, əlamətdar gün münasibətilə Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb,
məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi
məşəl” abidəsi önünə əklil qoyulub.

Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 7 illiyinə həsr olunan
təntənəli mərasim keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-
leytenant Arzu Rəhimov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişaf prosesinin şahidi olmaq, onu izləmək çox qürurvericidir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin tərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir.

Xidmət rəisi qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq
Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən yeddi ildə istər idarəetmənin
təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi
addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin
yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə
cəmiyyət arasında bir növ körpü rolunu oynayır və yeddi ildir ki, bu vəzifələri
müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Xidmət rəisi xüsusi vurğulayıb ki, Ali Baş Komandanın nəzarəti altında Silahlı
Qüvvələrin təkmilləşdirilməsi prosesində SHXÇDX də daim diqqət mərkəzindədir.
Xidmətin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi
xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət
keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə
hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və
müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki
heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində
dövlət siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Dövlətimizin
başçısının həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar Xidmətin şəxsi heyətini bu
vəzifələrin icrası üçün daima səfərbər olmağa çağırır.

A.Rəhimov diqqətə çatdırıb ki, indiki dövrdə hər bir azərbaycanlı, orduda xidmət
etməyi özünün ən böyük vətənpərvərlik borcu hesab edir. Çünki, hər bir çağırışçı,
ehtiyatda olan hərbi qulluqçu əmindir ki, Azərbaycan Prezidentinin ordu quruculuğu
sahəsində apardığı siyasətin əsasını Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına
qayıtmaları təşkil edir. Dövlətimizin başçısı dəfələrlə bildirib ki, əgər biz məqsədimizə
sülh yolu ilə nail ola bilməsək, onda hansı yolla olursa olsun, düşmən tapdağı altında
qalan ərazilərimizi azad edəcəyik.

General-leytenant Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda
duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra
da səylərini əsirgəməyəcəyini bildirib.
Xidmət rəisi əlavə edib ki, ötən dövrdə Xidmətin “Vahid elektron informasiya
sistemi” və elektron xidmətlərin göstərilməsi, ölkəmizdə vətəndaşların həqiqi hərbi
xidmətə çağırış sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun
dəqiq və düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı üzərindən elektron xidmətlərin həyata keçirilməsi ilə yanaşı sosial şəbəkə hesabları yaradılıb.

SHXÇDX-nin  rəsmi internet saytı bu il iki dildə (Azərbaycan və ingilis dillərində) yenidən müasir standartlara uyğun olaraq hazırlanıb və istifadəyə verilib.

Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən ehtiyatda olan general-
mayor Məmmədhüseyn Sarıyev və digər natiqlər Xidmətin şəxsi heyətini ildönümü
münasibətilə təbrik edib və xoş arzularını çatdırıblar.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı, həmçinin SHXÇDX rəisinin imzaladığı
əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi
rütbələr və fəxri fərmanlar təqdim olunub.

Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti
institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr
təqdim edilib.

Xidmətin yaradılmasının 7-ci ildönümü münasibətilə qurumun yerli idarə, şöbə və
bölmələri tərəfindən respublikamızın rayonlarında da tədbirlər təşkil olunub.
Diaspora