9 fevral 2019- cu il Azərbaycan İstiqlal Muzeyində Elxan Salahovun müəllifi olduğu “Qanlı Kaha” Başlıbelin mühasirə gündəliyi adlı kitabının təqdimatı və imza günü keçirildi.
Azərbaycan İstiqlal Muzeyindən Qaziler.az-a verilən məlumata görə, “Qanlı Kaha” kitabında Kəlbəcərin işğalından bəhs olunur. İşğal zamanı Kəlbəcərin ən böyük və ən ucqar kəndlərindən olan Başlıbeldə 62 nəfər dağlara çəkilərək kahalarda gizlənmək məcburiyyətində qalıb. Onların arasında yataq xəstələri, qadınlar, uşaqlar və qocalar da vardı. 113 gün düşmən ordusunun mühasirəsində qalan sakinlər həmin müddətdə dəfələrlə erməni quldurlarının hücumlarına və işgəncələrinə məruz qalıblar. Kitabda eyni zamanda məşhur “Murovdağ əməliyyatı” və onun acı nəticələri haqqında geniş məlumat verilir.Tədbirdə, ictimayyət nümayəndələri, həmin hadisənin canlı şahidləri və. başqa qonaqlar iştirak etdilər.