“Ən sevimli gənc - səngərdə olan əsgər” devizi altında əsgərlərlə görüş

“Ən sevimli gənc - səngərdə olan əsgər” devizi altında əsgərlərlə görüş backend

Legion Hərbi Vətənpərvərlik Klubu üzvləri “ən sevimli gənc - səngərdə olan əsgər” devizi altında əsgərlərlə görüşüblər

Qaziler.az-a klubdan verilən məlumatda bildirilir ki, “Legionçular” “ən sevimli gənc - səngərdə olan əsgər” devizi altında Birinci Qarabağ, Aprel döyüşləri qaziləri, sosial şəbəkədə aktiv fəaliyyətdə olan “Gəncə və Gəncəlilər “ qrupunun admin heyəti, İmişli şəhərindən Ziyalı Gənclər Maarifçi Klubunun məsul üzvü, ehtiyatda olan hərbçi Natiq Məmmədov, gənc vətənpərvərlər, iş adamlarının da qatıldığı tədbir çərçivəsində “N” saylı hərbi hissədə əsgər və zabitlərimizlə görüşüblər. Azərbaycan gəncliyinin böyük hissəsinin əsgəri xidmətdə və Vətənin müdafiəsində olduğunu nəzərə alaraq hər zaman olduğu kimi Legion bütün bayram və əlamətdar günləri məhz Ordu sıralarında, səngərlərdə keçirməyi qarşısına məqsəd qoymuşdur .

Tədbirdə “N” saylı ordu birləşməsinin komandanı, general –mayor Mais Bərxudarov, Xocavənd İcra Hakimiyyəti başçısı, Birinci Qarabağ müharibəsi qazisi Eyvaz Hüseynov və digərləri iştirak etdilər. Komandan çıxışı zaman gənc əsgərlərimizi bir daha Ulu Öndərin bizlərə miras qoyduğu ənənələrə sadiq olduqlarını, vətən müdafiəçilərinin hər zaman Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin “irəli” əmrini gözlədiklərini və qələbə üçün savaşa qatılmağa hazır olduqlarını bildirdi. Xocavənd İcra Başçısı Eyvaz Hüseynov bu əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edərək, xalqın hər zaman ordunun yanında olmasını, qələbə üçün yorulmadan çalışdığını və Azərbaycan hökuməti tərəfindən Silahlı Qüvvələrə yüksək qayğı və diqqətdən danışdı. Öz növbəsində Legion Hərbi Vətənpərvərlik klubunun rəhbəri, ehtiyatda olan zabit Abuzər Əbilov əsgər və zabitləri təbrik edərək, hər zaman əsgərlərimizin yanında olacaqlarını bəyan edərək onlara xidmətdə, təlimlərdə və döyüşdə müvəffəqiyyət arzuladı.

Tədbirdə Xocavənd rayon Mədəniyyət evinin özfəaliyyət ansamblının üzvləri tərəfindən xalq mahnıları ifa edildi,əsgərlər və ictimaiyyət nümayəndələri bayramı rəqs etməklə davam etdirdilər.

Tədbir çərçivəsində Legion Hərbi Vətənpərvərlik klubunun üzvləri “cəbhə zonasında şəxsi heyətin psixoloji,mənəvi və vətənpərvərlik durumunun yüksəldilməsi yolunda xidmətlərinə görə” fəxri fərmanlarla təltif edildilər. Bundan sonra döyüş postlarında xidmət edən əsgərlərimizlə görüş təşkil olundu. Görüş zamanı Legion HVK, “Gəncə və gəncəlilər” qrupunun üzvlərinin hədiyyələri əsgərlərimizə təqdim olundu.

Görüş qarşılıqlı səmimiyyət və bayram əhval-ruhiyyəsi ilə bitdi.
Diaspora