"Prezidentə təşəkkürümüzü bildiririk" - Firudin Məmmədov

"Prezidentə təşəkkürümüzü bildiririk" - Firudin Məmmədov backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşünü Qarabağ qaziləri rəğbətlə qarşılayıblar.

Vətən Müharibəsi Əlillər Birliyinin sədri, birinci qrup Qarabağ qazisi Firudin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri ilə görüşünü, Prezidentin şəhid ailələri ilə bağlı imzaladığı yeni fərmanını alqışladıqlarını bildirib.

Firudin Məmmədov Qaziler.az saytına bunları bildirib: "Biz Prezidentə öz təşəkkürümüzü bildiririk. Dövlət başçımız bu həssas məsələdə bir daha humanizm və vətənpərvərlik prinsiplərini əsas götürərək belə bir addım atdı. Ümid edirik ki, növbəti fərmanlardan biri də Qarabağ əlillərinin sığorta pulunun ödənilməsi olacaq. Biz bunu da gözləyirik".
Diaspora