AzTV-də işdən çıxarılan müavini rektor oldu

AzTV-də işdən çıxarılan müavini rektor oldu backend

AzTV-də kadr islahatları davam edir.

Axar.az xəbər verir ki, bu ayın əvvəllərində sədrin televiziya üzrə müavini vəzifəsindən azad edilən Faiq Hüsiyevə yenidən etimad göstərilib. O, Televiziya Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Faiq Hüsiyev 2009-cu ildən sədr müavini işləyirdi və bu ayın əvvəllərində vəzifəsindən azad edilib.

Xatırladaq ki, 2 ildir fəaliyyətdə olan Televiziya Akademiyasının bundan əvvəlki rektoru “Space”in keçmiş direktoru Etibar Babayev olub. Məlumata görə, ona da AzTV-də yeni vəzifə verilib. E.Babayev bundan sonra Azərbaycan radiosunda proqram direktoru vəzifəsində fəaliyyətini davam etdirəcək.


Diaspora