172 saylı hərbi hissənin keçmiş döyüşçüləri 25 ildən sonra görüşdülər – FOTOLAR

172 saylı hərbi hissənin keçmiş döyüşçüləri 25 ildən sonra görüşdülər – FOTOLAR backend

Onlar Sumqayıt və Bakıdakı Şəhidlər Xiyabanında uyuyan Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canından keçmiş vətən övladlarının məzarlarını ziyarət edərək gül – çiçək dəstələri qoyublar.

172 saylı hərbi hissə 1994-cü ilin yanvar ayında yaranıb. Keçmiş döyüşçülər də elə bu münasibətlə bir yerə toplaşıblar.

Hərbi hissənin keçmiş döyüşçüsü, ehtiyatda olan baş gişir Rizvan Kərimov Qaziler.az-a bildirib ki, 172 saylı hərbi hissənin yaranmasının 25-ci ildönümü ilə əlaqədar olaraq həmin hərbi hissənin 7-ci xüsusi təyinatlı taborunun keçmiş döyüşçüləri ilk olaraq Sumqayıtdakı Şəhidlər Xiyabanına getmiş, orada hərbi hissənin o vaxtkı kəşfiyyat bölüyünün əvvəlcə taqım, sonra bölük komandiri olan, Aprel döyüşlərinin qəhrəmanı Raquf Orucovun və 7-ci taborun 3-cü bölük komandiri Elçin Vəliyevin məzarlarını ziyarət edərək ruhlarına dualar oxuyublar.

Sonra müharibə iştirakçıları Bakıdakı Şəhidlər Xiyabanında Vətənimizin qəhrəman övladlarını qəbirlərini ziyarət ediblər. Tədbirin təşkilatçıları taborun komandiri, ehtiyatda olan polkovnik-leytenant Nizami Bayramovun tərbiyəvi işlər üzrə müavini, ehtiyatda olan polkovnik-leytenant Hacı Məmmədov, ehtiyatda olan baş gizir Rizvan Kərimov, Elnur Mustafayev , Əliş İsgəndərov və Əsəd Dadaşov olub.

Daha sonra tədbirin qeyri-rəsmi hissəsi başlayıb. Bir yerə toplaşan 60-a yaxın köhnə silahdaş döyüş xatirələrini də danışıblar. Rizvan Kərimovun bildirdiyinə görə, hətta Rusiyanın Kasnodar vilayətində yaşayan keçmiş döyüşçülər də tədbirə qatılıblar.

Qeyd edək ki, Murovdağda yerləşən 172 saylı hərbi hissə 1994-cü il, yanvar ayının 21-də yaranıb. “1994-cü ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Füzuli bölgəsinə yola düşüb. Füzuli, Cəbrayıl, Murovdağ uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Horadiz qəsəbəsinin alınmasında xüsusi olaraq fərqlənib. 172 saylı hərbi hissənin tərkibində yaradılan 7-ci xüsusi təyinatlı tabor döyüşlərin getdiyi ən qızğın yerlərdə olub. Tabor 1993-cü ildə yaranıb”.

















Diaspora