Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
"Yanvarın 17-dən hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə kəskin olaraq 10 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Bakıda qar yağacaq. Bunun üçün müvafiq qurumlara xəbərdarlıqlar edilib. Temperatur 0-2 dərəcə olacaq, Sulu qar, qar gözləyirik".Bunun REAL-a Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyev bildirib.