Bakıda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılış mərasimi keçirilib

Bakıda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılış mərasimi keçirilib backend

Bakıda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılış mərasimi keçirilib.

"APA-Economics"in məlumatına görə, tədbirdə iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, mərkəz Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Koreyanın Xarici İşlər Nazirliyi arasında 2013-cü ilin aprelin 18-də imzalanan “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılmasına dair Qrant Razılaşması” çərçivəsində yaradılıb.

Nazir əlavə edib ki, qrant razılaşması əsasında Bakı şəhəri və 15 region daxil olmaqla (Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar və Şəki) ümumilikdə 17 mərkəz qurulmuş və ümumi şəbəkədə birləşdirilib.

Ə.Abbasov həmçinin qeyd edib ki, hazırda bu mərkəz Azərbaycan regionları əhatə edən və müasir avadanlıqlarla təchiz edilmiş yeganə mərkəzdir. Onun mövcud potensialından istifadə edərək ilk növbədə dövlət qulluqçuları üçün İKT üzrə bilik və bacarıqlarının artırılması, e-hökumət həllərinin inkişafı, elektron xidmətlərin genişləndirilməsi, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi, onlara lazımi metodiki köməkliyin göstərilməsi və s. həyata keçiriləcəkdir.

Qeyd edək ki, layihə çərçivəsində digər dövlət qurumları və aidiyyəti təşkilatlarla əməkdaşlıq planlaşdırılır. Mərkəzdə aztəminatlı ailələrin uşaqları üçün pulsuz kompüter kursları da təşkil ediləcəkdir.

Mərkəzin portalı “e-training.az” hazırlanmışdır və onun vasitəsilə Təhsil İnformasiya Sisteminə qoşulmaq mümkündür. Dinləyicilərə real zaman, offlayn və onlayn rejimlərində təlimlərin keçirilməsi mümkündür.
Diaspora