Ənənəmə sadiq qaldım və bu ilin son günlərini Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri ilə birgə keçirdim.
Teleqraf.com xəbər verir ki, bu barədə əməkdar artist Azərin özünün İnstqram səhifəsində qeyd paylaşıb.O, 2018-ci ilin son günlərini ön cəbhədə səngərdə düşmənlə üz-üzə dayanıb Vətənimizi qoruyan mərd, igid Vətən oğullarına həsr etdiyini qeyd edib: "Allah sizləri qorusun Azərbaycan əsgəri!", - deyə ifaçı bildirib.